Rusiya XİN: Rusiya diplomatlarını İrandan çıxarmağa hazırlaşmır
01 Dekabr 2011 Cümə Axşamı 17:30
Rusiya diplomatlarını İrandan çıxarmağa hazırlaşmır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Tehranda Böyük Britaniya diplomatlarına qarşı baş verən hadisədən sonra Rusiya səfirliyinin mühafizəsi daha da gücləndirilib.
XİN rəsmisi buna əsas səbəb kimi Rusiya səfirliyinin binasının Böyük Britaniya səfirliyinin binasının yanında yerləşməsi olduğunu söyləyib: “Bizim İranla yaxşı tərəfdaşlıq əlaqələrimiz, ümumi tariximiz və gələcəkdə birgə əməkdaşlıq planlarımız var. Ona görə də, Rusiya tərəfi baş verən hadisələrlə bağlı heç bir tədbir görmür, görməyə də hazırlaşmır”.
Qeyd edək ki, Tehranda Böyük Britaniya səfirliyinə edilən hücumdan sonra bir neçə Avropa dövləti Tehrandakı səfir və konsullarını geri çağırıb.
DOSTLARINLA PAYLAŞ: