Rusiya XİN: İsrailin İrana hərbi zərbələr endirməsi ciddi səhv olacaq
07 Noyabr 2011 Bazar Ertəsi 12:58
İsrailin İrana mümkün hərbi zərbələr endirməsi böyük səhv olacaq.


APA-nın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib: «Artıq ilk dəfə deyil ki, İsrailin rəsmi şəxsləri İrana zərbələrin endirilməsinin mümkünlüyü barədə bəyanatlar səsləndirirlər. Bizim bununla bağlı mövqeyimiz yaxşı bəllidir. Bu, gözlənilməz nəticələrə səbəb olan ciddi bir səhv olacaq».

Xatırladaq ki, ötən cümə İsrail prezident Şimon Peres rəsmi Tel-Əvivin İranla bağlı təhlükənin diplomatik variantlarla deyil, hərbi yolla aradan qaldırılmasına üstünlük verdiyini bəyan edib. Bundan öncə isə yerli KİV baş nazir Benyamin Netanyahunun İrana qarşı hərbi əməliyyatın keçirilməsi üçün hökumətin dəstəyini qazanmaq məqsədilə iş apardığını bildirib.

Eyni zamanda, Qərb dövlətləri İranın nüvə proqramının təhlükəli olduğunu, rəsmi Tehran isə bütün araşdırma və tədqiqatların ölkənin elektrik enerjisi ilə təminatının gücləndirilməsi üçün aparıldığını vurğulayır.

Qeyd edək ki, MAQATE bu həftə ərzində İranın nüvə proqramı ilə bağlı əvvəllər bağlı olan bir sıra məlumatları açıqlamaq niyyətindədir. Bunların sırasında İran alimlərinin nüvə silahlarının kompüter modelləşdirilməsi aparması ilə bağlı məlumatların da olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar