Rusiya Xarici İşlər Nazirliyinin saytına hücum
24 Mart 2014 Bazar Ertəsi 04:49
Ötən gün hakerlerin təşkil etdiyi hücumdan sonra müvəqqəti olaraq sayta giriş dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyinin internet saytına haker hücumları təşkil edilib.

ANS PRESS-in xəbərinə görə, ötən gün hakerlerin təşkil etdiyi hücumdan sonra müvəqqəti olaraq sayta giriş dayandırılıb.

Rusiya Xarici işlər nazirliyi mənbələrindən biri saytın ard-arda kiber hücuma məruz qaldığını, lakin saytın texniki olaraq buna hazır olduğu üçün cəhdlərin qarşısının alındığı bildirilib.

"Matın 14-ü Kremlin saytının hücuma məruz qalmasından sonra digər saytlar da blok edilmişdi. Həmin tarixdən etibarən Xarici İşlər Nazirliyinin saytına da durmadan hücumlar edilir. Çünki bu saytda Krımdakı vəziyyətlə əlaqədar materiallar yer alır. Buna görə sayta zərər vurmaq istəyirlər" -deyə sözügedən mənbə qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar