Rusiya xarici işlər naziri Suriya müxalifət lideri ilə görüşüb
03 Fevral 2013 Bazar 11:10
S.Lavrov Əl-Xətibi Moskvaya dəvət edib.
Rusiyanın xarici işlər naziri Serqey Lavrov Almaniyanın Münhen şəhərində Suriya müxalifətinin lideri ilə görüşüb.
Sergey Lavrovla və Suriya Milli Koalisiyasının rəhbəri Əhməd Muaz əl-Xətibin görüşü zamanı Suriyada hazırki vəziyyətin müzakirə olunduğu bildirilir.

Eyni zamanda BBC məlumat verir ki, Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov Suriya müxalifət liderini Moskvaya dəvət edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar