Rusiya xarici işlər naziri ABŞ dövlət katibi ilə görüşəcək
20 Fevral 2013 Çərşənbə 10:15
Danışıqlar zamanı bir sıra məsələlər müzakirə olunacaq.
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət kaibi Con Kerri görüşəcək. ANS PRESS-in məlumatına görə, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Viktoria Nuland keçirdiyi brifinqdə məlumat verib.
Viktoria Nuland Sergey Lavrov və Con Kerrinin görüşünün sonuncunun Avropa və Yaxın Şərqə səfəri çərçivəsində baş tutacağını deyib. O, bu mühüm görüş zamanı tərəflərin Suriya, Şimali Koreya və övladlığa götürülmə məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqları haqda məlumat verib.
Qeyd edək ki, Con Kerri fevralın 24-dən martın 6-a kimi Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcək.
DOSTLARINLA PAYLAŞ: