Rusiya vetendaşlarını Misire getmemeye çağırır.
15 Avqust 2013 Cümə Axşamı 16:03
Rusiyanın Xarici İşler Nazirliyi vetendaşlarına Misirden uzaq olmağı meslehet görüb.
Rusiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarına Misirə getməməyə çağırıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nazirliyin nümayəndəsi A.Lukaşeviç Misirdəki hadisələri şərh edərək bildirib ki, Misirdə şiddət və zorakılığın müşayiəti ilə daxili münaqişə güclənir.

Paytaxtda başlayan toqquşmalar və iğtişaşlar, tez bir zamanda turistlərin ziyarət etdikləri digər rayon və şəhərlərə yayılır. Buna görə də, nazirlik Rusiya vətəndaşlarının bu ölkəni ziyarət etməkdən çəkinməyə çağırır.

Məlumata görə, hazırda Misirdə Rusiyadan 50 min turist var. Onlara komendant saatında qaldıqları oteldən kənara çıxmamaları tapşırılıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar