Rusiya və Türkiyə baş nazirləri arasında görüş olub
13 Yanvar 2010 Çərşənbə 18:55
Ümumdünya maliyyə böhranı səbəbilə ötən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 40 faiz azalıb.
 APA-nın məlumatına görə, bu barədə Türkiyənin baş naziri ilə görüşdə Rusiya hökumətinin başçısı Vladimir Putin bildirib: “Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı effektiv xarakter daşısa da, ümumdünya maliyyə böhranı bu prosesə mənfi təsir göstərib. 2008-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 35 milyard dollar olub, lakin ötən il bu rəqəm 40 faiz azalıb. Bununla belə Türkiyə Rusiyanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır və bu göstəriciyə görə ABŞ və Böyük Britaniyanı geridə qoyur”.

Rəcəb Tayyip Ərdoğan isə bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin diversifikasiyası artıq hərbi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində özünü göstərməkdədir: “Bu proses hər iki tərəfin siyasi iradəsi ilə daha da möhkəmlənir. Ümidvaram ki, ən qısa zamanda ticarət dövriyyəsinin həcmini bərpa edə biləcək və növbəti 5 ildə bu rəqəmi 100 milyard dollara çatdıracağıq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar