Rusiya və İran arasında yüksək səviyyəli səfər mübadiləsi
16 Avqust 2011 Çərşənbə Axşamı 03:12
Rusiya Təhlükəsizlik Şurasının katibi Tehrana, İranın xarici işlər naziri isə Moskvaya gedir
İranın xarici işlər naziri Əli Əkbər Saleşi bu gün Moskvaya səfər edəcək. O, rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq. Rusiya XİN-in bəyanatında deyilir ki, müzakirə olunacaq məsələlər arasında İranın nüvə proqramı da olacaq.

Bir qədər əvvəl isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tehrana gedib. Onun İran prezidenti Mahmud Əhmədinejatla görüşəcəyi gözlənilir. Bu səfərin də günlədiyindəki əsas məsələlərdən biri Qərbin dinc xarakterinə şübhə etdiyi nüvə proqramıdır.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland bəyan edib ki, əgər İranı nüvə sahəsində beynəlxalq öhdəlikləri yerinə yetirməyə inandıra bilsə, Rusiyanın addımları Vaşinqton tərəfindən alqışlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar