Rusiya ve Hindistan birge herbi telime başladı
26 Oktyabr 2013 Şənbə 01:44
Qondarma terrorçuları ele keçirmek üçün her iki ölkenin döyüş helikopterlerinden ve tanklarından istifade olunub.
Hindistan və Rusiya ordusu Zar səhrasında yerləşən poliqonda “İNDRA-213” adlı müştərək hərbi təlimlər keçirir. Dünən baş tutan manevlərdə qondarma terrorçuları ələ keçirmək üçün hər iki ölkənin döyüş helikopterlərindən və tanklarından istifadə olunub, hərbi texnikadan atəş açılıb. Manevrlərə hər iki ölkənin çay adının birləşməsindən əmələ gələn “Qanq-Neva Tapşırığı” adı verilib.

Rəsmilər Pakistan sərhədlərinə yaxın ərazidə gedən döyüş oyunlarının anti-terror əməliyyatlarında ordunun vəziyyətə çevik reaksiyasını gücləndirmək məqsədi daşıdığını deyib.

Müştərək hərbi təlimlərə eyni zamanda zirehli və motoatıcı piyada qüvvələr də cəlb olunub. 2 həftəlik təlimlərdə, Rusiya Hindistana məxsus hərbi vasitələrdən o cümlədən, Rusiyada istehsal olunmuş T-72 tanklarından istifadə edir. Rusiya-Hindistanın anti-terror döyüş oyunlarında bundan başqa, kəşfiyyat və hədəfin aşkarlanması üzrə xüsusi hərbi texnikadan, yaxın döyüşlər üçün silahlardan, partlayıcılardan, partlayıcı aşkar edən detektorlardan, o cümlədən ən son rabitə texnikasından istifadə nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar