Rusiya və Ermənistan Qarabağı müzakirə edib
14 Fevral 2011 Bazar Ertəsi 21:17
Edvard Nalbandyanla Qriqori Karasin problemin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıb
Bu gün Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüb. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, tərəflər görüş zamanı strateji əməkdaşlıq, iki ölkə arasında mütəffiq əlaqələrinin inkişafına dair geniş spektrli məsələləri müzakirə ediblər.
Bundan başqa, Edvard Nalbandyan və Qriqori Karasin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.
DOSTLARINLA PAYLAŞ: