Rusiya və Ermənistan hərbi əməkdaşlığı müzakirə edib
13 Yanvar 2010 Çərşənbə 15:55
Rusiya müdafiə naziri erməni həmkarını ilə görüşüb
Rusiya müdafiə naziri Anatoli Serdyukov bu gün Moskada səfərdə olan Ermənistanın müdafiə naziri Seyran Ohanyanı qəbul edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İrina Lovalçuk məlumat verib.

Tərəflər görüşdə Rusiya ilə Ermənistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın perspektivini, həmçinin regional təhlükəsizlik məsələsini müzakirə ediblər. Bundan başqa, görüşdə erməni hərbçilərinin Rusiya Federasiyası Müdafiə Nazirliyinin ali məktəblərində hazırlığı məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Mətbuat katibinin sözlərinə görə, Serdyukov görüşdə deyib ki, "Hərbi sahədə Rusiya-Ermənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar