Rusiya və ABŞ birgə hərbi təlimlər keçirəcək
07 Dekabr 2009 Bazar Ertəsi 19:45
Rusiya və ABŞ 2010-cu ildə birgə hərbi təlimlər keçirəcək.
Onun sözlərinə görə, təlim “Rusiya-Amerika-NATO təlimləri” adlansa da, əsas üstünlük Rusiya və ABŞ qarşılıqlı əlaqələrinə veriləcək.
“Bu təşəbbüs NATO-da çox maraqla qarşılanıb və 2010-cu ilin proqramına salınıb”, -deyə daimi nümayəndə bildirib.
Hələlik təlimlərin yeri müəyyənləşməyib. Bununla belə, D. Roqozin tədbirin Amerika raketlərinin quraşdırıldığı Belçikada keçirilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl D. Roqozin Rusiyanın NATO-nun 2010-cu ildə Aralıq dənizində keçirməyi planlaşdırdığı “Aktiv səylər” hərbi-dəniz təlimlərində iştirakdan imtina etdiyini bildirmişdi. Daimi nümayəndə imtinanın siyasi deyil, iqtisadi səbəblərlə bağlı olduğunu söyləmişdi. APA
DOSTLARINLA PAYLAŞ: