Rusiya Ukraynaya meydan oxudu
09 Sentyabr 2011 Cümə 11:43
Dmitri Medvedev qaz sazişlərinin icra olunacağını bəyan etdi
Rusiya yeni qaz böhranının qarşısını almağa ümid edir. Bunu Rusiya prezidenti Dmitri Medvedev "Euronews" telekanalına müsahibəsində deyib. Medvedevin sözlərinə görə, Ukrayna Rusiya qazının alınmasına dair cari razılaşmaya riayət etməlidir, imzalanmış sazişlərin icrasından imtina etmək isə 2009-cu ilin yanvarındakı kimi münaqişə vəziyyətinə gətirib çıxara bilər.
"Məhkəmə vasitəsilə müvafiq yolla yaxud da tərəflərin razılığı ilə ləğv edilməmiş bütün sazişlər icra olunacaq" -deyə Dmitri Medvedev bildirib.
Rusiya lideri həmçinin qeyd edib ki, Moskva Kiyevlə müxtəlif əməkdaşlıq sxemlərini, o cümlədən Ukraynanın iqtisadiyyatına yatırımlar və onun qaz nəqli sisteçini müzakirə etməyə hazırdır.
DOSTLARINLA PAYLAŞ: