Rusiya Ukrayna ilə sərhəddə qoşun yığır
17 İyul 2014 Cümə Axşamı 00:33
Rusiyanın Ukrayna ilə sərhəddə 12 min nəfərlik hərbi heyəti var.
Rusiya Ukrayna sərhədinə qoşun yığır.
ANS PRESS-in məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Stiv Varren jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Rusiyanın Ukrayna ilə sərhədində təxminən 12 min nəfərlik hərbi heyəti var.
O, son günlər Rusiyanın Ukrayna sərhədinə qoşun yığdığını deyib. Aralarında hücuma hazır olan qoşun birləşmələrinin olduğunu deyən Pentaqon təmsilçisi rəsmi Mokvanın hər an Ukraynaya hərbi müdaxilə edə biləcəyini istisna etməyib.
ABŞ rəsmiləri bu ilin may ayında Rusiyanın Ukrayna sərhədində 40 min hərbi personalı olduğunu, ancaq Qərbdən gələn təzyiqlərlə bu ədədin minə qədər aşağı salındığıını təxmin edir.
DOSTLARINLA PAYLAŞ: