Rusiya Türkiyədən izahat tələb etdi
11 Oktyabr 2012 Cümə Axşamı 02:35
Ankaraya endirilən təyyarənin göyərtəsində Rusiya vətəndaşları olublar.
Rəsmi Moskva göyərtəsində Rusiya vətəndaşlarının olduğu Suriya təyyarəsinin Ankarada saxlanması ilə bağlı Türkiyədən izahat tələb edib. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-dən bildirilib. Təyyarədə 17 Rusiya vətəndaşının olduğu ehtimal edilir.

“Ankaradakı Rusiya səfirliyi Türkiyənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaradıb və baş verənlərin təfərrüatı ilə bağlı izahat tələb edib”, - XİN-dən deyiblər. Rusiyalı konsullar Ankara hava limanına yollanıblar və bu ölkənin vətəndaşları ilə görüşüblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar