Rusiya təyyarələri Suriyaya yola düşdü
19 Fevral 2013 Çərşənbə Axşamı 13:57
Əsəd qüvvələri Hama şəhərini almağa hazırlaşır.
Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında qanlı döyüşlər davam edir. Hökumət qüvvələri Hama şəhərinə nəzarəti yenidən ələ almaq üçün döyüş hazırlıqlarına başlayıb.

Şəhərin girəcəyində silah-sursat və canlı qüvvə səfərbər edilib. Hamanın böyük bir hissəsinə nəzarəti ələ keçirən "Azad Suriya Ordusu"nun da döyüşə hazırlaşdığı bildirilir.

Bu arada, Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus iki təyyarə humanitar yardımla Suriyaya yola düşüb. Təyyarələrin göyərtəsində 40 tondan çox ağırlığı olan ilkin tələbat malları var.Təyyarələr geri dönüşdə Suriyanı tərk etmək istəyən rusiyalıları vətənlərinə gətirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar