Rusiya taxıl ixracına qoyduğu qadağanın müddətini uzatdı
23 Oktyabr 2010 Şənbə 10:40
Vladimir Putin qadağanın müddətinin iyulun 1-ə qədər uzadılması barədə qərar imzalayıb.
Rusiya taxıl ixracına qoyduğu qadağanın müddətini uzadıb. Kənd təsərrüfatının vəziyyəti ilə bağlı keçirilən müşavirədə Rusiya baş naziri Vladimir Putin taxıl ixracına qoyulan qadağanın müddətinin gələn il iyulun 1-ə qədər uzadılması barədə qərar imzaladığını açıqlayıb.

Putin həmçinin onu da əlavə edib ki, ölkəsində builki quraqlığa baxmayaraq 60 milyon ton taxıl yığılıb. Bunun proqnozlaşdırılan həcmdə olduğunu deyən baş nazirin sözlərinə görə, indi hökumət ölkənin hansı ehtiyata malik olduğunu və taxıl balansının necə olacağını bilir.

Baş nazir həmçinin yığılmış məhsulun ölkənin təlabatını tam ödədiyini bildirsə də, taxılın xaricə ixracından hələlik imtina etdiklərini vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar