Rusiya Suriyaya silah satmayacağını bəyan etdi
10 İyul 2012 Çərşənbə Axşamı 10:39
ABŞ isə öz növbəsində bu bəyanatı alqışlayıb.
Rusiya Suriyaya silah satmayacaq. Bunu Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal xidməti açıqlayıb. "Suriyaya yeni silahların satılmasından söhbət belə getmir. Əvvəllər köhnə müqavilələri icra edirdik, əsasən də hərbi texnikanın təmirinə dair müqavilələri. Suriyada vəziyyət sabitləşməyənə qədər yeni silahların satışını gerçəkləşdirməyəcəyik", - bunu adıçəkilən qurumun direktor müavini Vyaçeslav Dzirkaln bəyan edib.
Amerika Birləşmiş Ştatları isə Rusiyanın Suriyaya silah satışından imtina etməsini alqışlayıb. ABŞ dövlət departamenti bəyan edib ki, Rusiyanın Suriyaya silah satmamaq niyyəti həyata keçərsə, bu "yaxşı əlamət" olacaq.
DOSTLARINLA PAYLAŞ: