Rusiya Suriyaya silah satışını dayandırıb
31 Avqust 2013 Şənbə 11:44
Səbəb Suriyanın üzləşdiyi maliyyə problemidir.
Rusiya Suriyaya silah satışına dair müqavilələri dondurur. ANS PRESS-in “Kommersant"a istinadla verdiyi məlumata görə, bu il Suriya ordusuna göndərilməli olan ilk "MiG-29M/M2" qırıcıları 2016-2017-ci illərdə Dəməşqə göndəriləcək. Həmçinin "Yak-130" təlim-döyüş təyyarələrinin və “S-300PMU2” hava hücumundan müdafiə texnikası Suriyaya nəzərdə tutulan müddətdə çatdırılmayacaq. Buna əsas səbəb kimi isə Suriyanın üzləşdiyi maliyyə problemi göstərilir.

Mənbənin verdiyi məlumatda, Rusiya tərəfi indiyə kimi müqaviləyə əsasən prosesin getdiyini, ancaq indiki vəziyyətdə hərbi texnikanın Suriyaya təhvil verilməsinin mümkün olmayacağını bildirib. Rəsmi Dəməşq indiyə kimi qırıcıların dəyərinin yalnız 30 faizini ödəyib, daha sonra isə ödəmələr tam dayanıb.

Qeyd edək ki, bundan əvvəl də Rusiya-Suriya arasında bu cür hallar baş verib. Belə ki, 2011-ci ildə "Yak-130" təlim-döyüş təyyarələrinin Suriyaya təhvil verilməsində gecikmə olub. Tərəflər arasında məsələ həll olunduqdan sonra hərbi texnika Dəməşqə təhvil verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar