Rusiya Suriyaya raket satmaqdan imtina etdi
26 May 2013 Bazar 18:46
Moskva bunun əvəzində İsrail ordusunun Suriyaya hava zərbələri endirməsinin qarşısını almaq istəyir.
Rusiya Bəşər Əsəd rejiminə S-300 zenit raket komplekslərini satmaqdan imtina edib. Bu barədə Britaniyanın həftəlik “Sunday Times” qazeti yüksək rütbəli məmura istinadən yazıb.

Qəzetin məlumatına görə İsrailin baş naziri Netanyahu Moskvaya gəlib bu məsələlərlə bağlı danışıqlar aparıb. İsrailin baş naziri Rusiya prezidentini inandırıb ki, bu raketlər pis əllərə düşə bilər.

Rusiyada başa düşüblər ki, Suriyaya satılmalı olan raketlərdən İsrailə qarşı istifadə oluna bilər. Belə bir fikir də var ki, Moskva bunun əvəzində İsrail ordusunun Suriyaya hava zərbələri endirməsinin qarşısını almaq istəyir


DOSTLARINLA PAYLAŞ:

oyunlar