Rusiya Suriyada dialoqun başlamasına kömək etməyə hazırdır
12 Noyabr 2011 Şənbə 12:32
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu bəyan edib.
Rusiya Suriyada daxili dialoqun başlamasına köməklik göstərmək niyyətindədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiya-Sakit okeanı sammitində xarici işlər nazirlərinin görüşünün sonunda bunu bəyan edib. «Biz Suriyada daxili dialoqun başlaması üçün hər şey etməklə bağlı məsuliyyət hiss edirik.»-Sergey Lavrov belə deyib. O, təəssüf hissi ilə bildirib ki, Suriyanın bəzi müxalifət nümayəndələri, xüsusən də Türkiyə və ABŞ-dakı müxalifət nümayəndələri anlaşılması və dəstəklənməsi mümkün olmayan mövqe tutur, onlar məhz dialoqun başlaması üzrə istənilən təklifə qarşı çıxır. Sergey Lavrov müxalifət nümayəndələrinin daha konstruktiv mövqe tutmasına və öz ölkəsi haqqında düşünməyə inandırmağa çalışacaqlarını qeyd edib.
DOSTLARINLA PAYLAŞ: