Rusiya sualtı qayıq sayını sürətlə artırır
07 Fevral 2014 Cümə 16:40
Bu barədə Hindistan paytaxtı Dehlidə keçirilən hərbi sərgidə bildirilib.
2015-ci ilə kimi Rusiyada doqquz sualtı qayıq istifadəyə veriləcək.
ANS PRESS Rusiyanın “Utro” portalına istinadən bildirir ki, onların dördü “Borey” tipli strateji atom sualtı qayığı olacaq. Bu barədə Rusiyanın aparıcı gəmiqayırma şirkətlərindən biri olan “Sevmaş”ın baş direktoru Mixail Budniçenko bildirib.
“2014-cü ildə „Sevmaş“da iki „Borey“ tipli strateji atom sualtı qayığı, bir „Yasen“ tipli sualtı qayıq və bir ədəd xüsusi təyinatlı sualtı qayıq düzəldiləcək”, - deyə o, Dehlidə keçirilən hərbi sərgidə bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə beş sualtı qayıq düzəldiləcək. Onların ikisi „Borey“ tipli strateci atom sualtı qayığı, üç ədəd „Yasen“ tipli submarin olacaq.
DOSTLARINLA PAYLAŞ: