Rusiya Somali dəniz quldurları ilə mübarizəyə hazırlaşır
17 May 2010 Bazar Ertəsi 06:40
Ölkə hərbi dəniz qüvvələri bu məqsədlə bir neçə gəmi ayırmaq niyyətindədir.
Rusiya hərbi dəniz qüvvələri Somali dəniz quldurları ilə mübarizəyə başlayacaq. Artıq Rusiya Cibuti ilə onun limanlarından istifadə haqqında razılaşma imzalayıb. Dəniz quldurları ilə mübarizə üçün isə Rusiya bir neçə hərbi gəmi ayırmaq niyyətindədir. Rusiya həmçinin bu məqsədlə BMT Təhlükəsizlik Şurasına xüsusi təkliflər paketi də təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, dəniz quldurları xüsusilə, qərbdən şərqə keçid olan Süveyş kanalında və Ədən körfəzində beynəlxalq gəmiçiliyə külli miqdarda ziyan vurublar. Beynəlxalq dənizçilik bürosunun verdiyi məlumata görə Somali piratlarının oğurlanmış gəmilərdən illik qazancı 30 milyon Birləşmiş Ştatlar dolları təşkil edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: