Rusiya Snoudenə müvəqqəti sığınacaq verdi
01 Avqust 2013 Cümə Axşamı 17:54
“Mən onu yola saldım,o təhlükəsiz yerə getdi”- Kuçerena.
Rusiyaya sığınacaq üçün müraciətetmiş Amerika Xüsusi Xidmət Orqanının eks əməkdaşı Edvard Snouden məqsədinə çatdı. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Snouden “Şeremetyevo” aeroportunu tərk edib.
Vəkil Anatoliy Kuçerena bildirib ki, Snouden aeroportu taksi ilə və tək tərk edib.
“Mən onu yola saldım,o təhlükəsiz yerə getdi”- deyə Kuçerena qeyd edib.
Vəkilin sözlərinə görə, Rusiya Federasiyası Snoudenə 1 il müddətinə sığınacaq verib.
“Wikileaks” yaydığı mılumata görə isə, Snouden qaçqın statusu alıb. Bundan başqa məlumat verib ki, Snouden aeroportu “Wikileaks”in nümayəndəsi- Sara Harrisonun müşayiətilə tərk edib.
DOSTLARINLA PAYLAŞ: