Rusiya şirketi Xankendinde müasir xestexana tikir
19 Avqust 2013 Bazar Ertəsi 14:05
2010-cu ilden temeli qoyulan 5 mertebeli, 120 çarpayılıq xestexananın sentyabrın 24-de istifadeye verilmesi nezerde tutulub.
Dağlıq Qarabağda separatı rejimə dəstək verən erməni diasporunun maliyyə dəstəyi ilə “Respublika xəstəxanası” tikilir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2010-cu ildən təməli qoyulan 5 mərtəbəli, 120 çarpayılıq xəstəxananın sentyabrın 24-də istifadəyə verilməsi nəzərdə tutulub. Bu haqda məlumat verən separatçı rejimin nümayəndəsi Karen Şahramanyan deyib ki, Xankəndinin mərkəzində tikilən xəstəxana ən son tibbi avadanlıqlarla təchiz olunacaq.

Xatırladaq ki, tikintini Rusiyada fəaliyyət göstərən “Taşir” Şirkətlər Qrupunun erməni əsilli prezidenti Samvel Karapetyan maliyyələşdirir. Bu layihəyə 25 milyon dollar ayırıb. olacaq.

“Respublika xəstəxanası”nda 72 nəfərlik konfrans zal, gözləmə zalı, hospital, “təcili yardım” stansiyası, terapevtik və cərrahiyyə şöbələri, əməliyyat bloku, intensiv terapiya, reanimasiya və VİP şöbələr olacaq. “Taşir” şirkəti xəstəxananı ilə yanaşı, təcili hallar üçün xəstəxanaya bir neçə helikopter də hədiyyə edib. Fasiləsiz enerji və internetlə təmin ediləcək xəstəxanada fövqəladə hallar üçün yeraltı bunker istifadəyə veriləcək.

K. Şahramanyanın sözlərinə görə, yaxın illərdə Dağlıq Qarabağda yeni doğum evinin, onkoloji mərkəzin, pataloqo-anatomik mərkəzin tikilib istifadəyə verilməsi nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar