Rusiya şirkəti Gürcüstanda qaz kəməri tikib
21 Fevral 2010 Bazar 21:15
Xoni-Martvili xətti ilə Sameqrelo regionunun onlarla kəndinə "mavi yanacaq" ötürüləcək
Rusiyanın "İtera" şirkətinin törəmə şirkəti olan "İtera-Gürcüstan" Gürcüstanın qərbində yeni qaz kəmərini istifadəyə verib. Söhbət uzunluğu 22 kilometr olan Xoni-Martvili qaz kəmərindən gedir. Həmin xətlə Sameqrelo regionunun onlarla kəndinə qaz ötürüləcək.

Qaz kəmərinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə Gürcüstan prezidenti Mixail Saakaşvili də iştirak edib. O, "İtera-Gürcüstan" şirkətinin gördüyü işi yüksək qiymətləndirib.

"Sevindiricidir ki, Sameqrelo bölgəsinin əhalisi də bu ucuz yanacaqdan istifadə edə biləcək. Bu, "Hər bir kəndə qaz" dövlət proqramının icrasının nəticəsidir. Bu proqramın həyata keçirilməsində "İtera-Gürcüstan" şirkəti ilə yanaşı Azərbayjanın Dövlət Neft Şirkəti fəal iştirak edir", - deyə Saakaşvili vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar