Rusiya “Sineva” tipli raketi sınaqdan keçirib
14 İyul 2009 Çərşənbə Axşamı 21:45
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin “Bulava” raketlərinin sınaqlarının davam etdiriləcəyini bildirib

Çərşənbə axşamı Rusiya “Bryansk” sualtı qayığından ikinci “Sineva” ballistik raketinin uğurlu sınağını həyata keçirib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov məlumat verib.

Makarov həmçinin bildirib ki, Rusiya “Bulava” raketlərinin sınaqlarını da davam etdirəcək. "Bir qədər səbr etmək, gözləmək lazımdır. Bu raketin də sınağı baş tutacaq", - deyə Baş Qərargah rəisi vurğulayıb.

Makarov Sevastopolda Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının bazası məsələsinə də toxunub.

Makarovun sözlərinə görə, Rusiya Sevastopoldan çıxmaq niyyətində olmasa da, Novorossiyskdə bazaların təkmilləşdirilməsi və yenilərinin inşası prosesini davam etdirəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar