Rusiya şərt dili ilə danışdı
15 May 2013 Çərşənbə 06:25
Sergey Lavrov: Konfransda İran və Səudiyyə Ərəbistanı kimi önəmli oyunçular iştirak etməlidir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyaya dair Cenevrədə keçirilməsi planlaşdırılan konfransda İran və Səudiyyə Ərəbistanının iştirakının vacibliyini önə çəkib. Jurnalistlərin suallarını cavablandıran Lavrov BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasındakı əlaqələrin istənilən məsələlərin həllinə müsbət təsir edə biləcəyini düşündüyünü deyib.

"Ötən il Cenevrədə təmsil olunan dövlətlərlə yanaşı bu dəfəki konfransda İran və Səudiyyə Ərəbistanı kimi önəmli oyunçular iştirak etməlidir. Geniş tərkibdə yığışmaq lazımdır. Biz istəyirik ki, bu prosesdə Suriyanın bütün qonşuları iştirak etsin ", - deyə o vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar