Rusiya səfirliyinə hücum olub
31 Avqust 2010 Çərşənbə Axşamı 11:30
Hadisə Belarusun paytaxtı Minskdə baş verib.
Bu gün gecə saatlarında Belarusun paytaxtı Minskdə naməlum şəxslər yandırıcı qatışıqlı iki şüşəni Rusiya səfirliyinin binasına atıblar. “Ria-Novosti”nin Belarusun Fövqəladə Hallar Nazirliyinə istinadən yaydığı xəbərə görə, binaya tərəf atılan şüşələrdən biri səfirlik ərazisində saxlanılan avtomobillərdən birinin üzərinə düşüb.FHN nümayəndəsinin sözlərinə görə, hadisə nəticəsində yanğın qeydə alınmayıb.

Lakin “İtar-tass”ın hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində bir maşın yanıb, zərərçəkən olmayıb.

Hadisə yerinə Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Rusiya diplomatları tərəfindən hadisə ilə bağlı hələ ki, şərh verilməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar