Rusiya səfiri: Vəziyyət həqiqətən də sakit deyil
20 Dekabr 2010 Bazar Ertəsi 22:45
Vladimir Doroxin: "Bu, Rusiya rəhbərliyi üçün çox ciddi işarədir"
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ölkəsində etnik zəmində baş verən hadisələrə münasibət bildirib. Rusiyalı diplomat etiraf edib ki, vəziyyət həqiqətən də sakit deyil: “Biz hamımız narahatıq. Bilirəm ki, Azərbaycan tərəfi də çox narahatdır və narahat olmağa əsas da var. Bu cür hadisələr bizim ölkədə heç vaxt baş verməyib. Müxtəlif qiymətləndirmələr var. Bəziləri deyir ki, bunu edən qafqazlılardır, bəziləri millətçilər, digərləri isə təhsili olmayan savadsız insanların etdiyini deyir. Bir qisim isə hesab edir ki, bu sadəcə bir təxribatdır və kimsə bir düyməni basır və insanları ətrafına toplayır”.
Vladimir Doroxinin sözlərinə görə, hansa bir nəticə çıxarmaq üçün tələsmək lazım deyil: "Bu, Rusiya rəhbərliyi üçün çox ciddi işarədir və bu problemi aradan qaldırmaq üçün çalışırlar. Çox şükür ki, bu azərbaycanlılara təsir etməyib. Məndə azərbaycanlılardan kiminsə xəsarət alması və yaxud hansısa bir işin içində olması barədə məlumat yoxdur. Buna təəccüblənmirəm də, çünki sizin həmvətənləriniz özlərini Rusiyada layiqli aparır. Onlar qanuna riayət edən insanlardır”.
DOSTLARINLA PAYLAŞ: