Rusiya qırıcıları ilk dəfə ABŞ səmasında
17 Avqust 2011 Çərşənbə 17:43
2013-cü ildə Birləşmiş Ştatlarda tarixi təlimlərin keçiriləcəyi planlaşdırılır
Rusiyanın hərbi təyyarələri ilk dəfə ABŞ səmasında görünəcək. Bu barədə “İnterfaks”a məlumat verən Rusiya Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Zelin bildirib ki, Rusiya HHQ-yə məxsus qırıcılar ABŞ təyyarələri ilə birlikdə təlimlərdə iştirak edəcək. Onun sözlərinə görə, təlimlər 2013-cü ildə Birləşmiş Ştatlarda keçiriləcək.
Bununla belə Zelin təlimlərin dəqiq tarixini və Rusiya təyyarələrinin sayını açıqlamayıb. Təkcə onu deyib ki, Rusiya təlimlərə ya MiQ 29 SMT, ya Su-35 təyyarələrini cəlb edəcək.
Qeyd edək ki, Rusiya ilə Birləşmiş Ştatları əməkdaşlığı Gürcüstandakı müharibədən sonra dayandırıb. İlk dəfə əməkdaşlığın bərpası barədə 2009-cu ilin iyun ayında bəyan edilib.
DOSTLARINLA PAYLAŞ: