Rusiya Qırğızıstandan köməyini əsirgəmir
22 May 2010 Şənbə 20:50
Şimal ölkəsi Bişkekə yenidən yardım göndərmək niyyətindədir.
Rusiya Qırğızıstana yardımını artıra bilər. Belə bir bəyanatla Rusiya Federasiyasının baş naziri Vladimir Putin çıxış edib.
“Biz Qırğızıstana humanitar yardım etmək qərarına gəlmişik. Bu yardıma həm pul, həm neft məhsulları, həm də taxıl daxildir. Hazırda bu yardımın həcminin artırılması və vaxtının uzadılması haqda məsələni nəzərdən keçiririk”,-deyə Vladimir Putin söyləyib.
Vladimir Putinin sözlərinə görə, Qırğızıstandakı hazırkı vəziyyət o qədər də sakit deyil və bununla bağlı hər hansı qiymətləndirmə və təhlil aparmaq olduqca çətindir, çünki bəzən daxildə gedən prosesləri anlamaq mümkün olmur: ”Lakin biz çox istərdik ki, bu qeyri-müəyyən proses tez bir zamanda sona çatsın. Biz qırğız xalqına xüsusi həssaslıqla yanaşırıq, bizi əsrlərə söykənən münasibətlər bağlayır”.
Xatırladaq ki, bir qədər bundan öncə Rusiya Qırğızıstana 20 milyon dollar həmcində qrant ayırıb, eləcə də 30 milyon dollar həcmində güzəştli kreditin təqdim olunmasına dair razılıq verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: