Rusiya Qırğızıstanda daha bir hərbi baza yerləşdirir?
22 İyul 2010 Cümə Axşamı 12:55
Roza Otunbayeva: “Biz bu məsələləri nəzərdən keçirməyə hazırıq”.
“Qırğızıstan respublika ərazisində daha bir rus hərbi bazasının yerləşdirilməsinə dair Rusiya ilə danışıqlara başlamağa hazırdır”. Bu bəyanatla Qırğızıstan Respublikasının müvəqqəti prezidenti Roza Otunbayeva çıxış edib.

“Biz bu məsələləri nəzərdən keçirməyə hazırıq, lakin bizimlə bu mövzuda hələ danışan olmayıb”, - deyə Otunbayeva bildirib.

Onun sözlərinə görə, istisna deyil ki, yeni Qırğızıstan hakimiyyəti bir sıra xarici tərəfdaşlarının gözündə hələ də, “yarımqanuni” dövlət kimi qalmaqdadır. Roza Otunbayeva bəyan edib ki, respublika rəhbərliyi hələ öz səlahiyyətlərini “dəqiq və aydın” şəkildə əsaslandırmalıdır.

Bişkekdə yerləşən və ABŞ-ın istifadəsində olan “Manas” hərbi bazasının respublikadan çıxarılma mümkünlüyünə dair suala gəldikdə isə o deyib ki, “bu işlə qoy yeni parlament məşğul olsun”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar