Rusiya qazının qiymeti artacaq
22 Mart 2014 Şənbə 10:47
Aprelin 1-den Rusiya qazının qiymeti min kub metr üçün 500 dollara çatdırıla biler.
"Rusiya qazının qiymeti 1 aprel tarixinden iki defe arta biler". ANS PRESS-in melumatına göre, bu barede Ukranya Baş naziri Arseniy Yasenyuk deyib. O bildirib ki, Ukrayna bu qiymet üzre Rusiya Federasiyasında qazın alışından imtina ede bilmir.

"Son bir neçe ilde enerji daşıyıcılarının neqlinin diversifikasiyası planında heç bir iş görülmeyib. Ukrayna üçün Rusiya qazının qiymeti texminen min kub metr üçün 500 dollara qeder arta biler. Rusiya faktiki olaraq qazın qiymetini iki defe qaldırmaq isteyir".

Qeyd edek ki, öten ilin dekabrında Ukrayna Rusiyadan qazı aşağı qiymetle almış, 2014-cü ilde ise 268,5 dollar hecminde müeyyen etmişdi. 2013-ci ilde "Naftoqaz" Rusiyadan 13 milyard kub qazı her min kubmetrine texminen 400 dollar ödeyib. Ukrayna energetika ve kömür senayesi naziri Yuri Prodan bildirib ki, aprelin 1-den başlayaraq Rusiya Ukrayna üçün mavi yanacağa olan qiymeti her min kubmetre göre texminen 380 dollara qaldıra biler.


DOSTLARINLA PAYLAŞ:

oyunlar