Gürcüstanın qaz nəqliyyatı şirkəti Rusiya qazının Ermənistana nəqlini 5 gün müddətinə dayandırıb. ANS PRESS-in Qazeta.ru-ya istinadən verdiyi məlumata görə, “ArmRosqazprom”-dan bildiriblər ki, gürcü tərəfi bildirib ki, bu, Qazax-Saquramo maqistralının 3.6-cı kilometrində yerləşən yeni sahənin qaz magistralına birləşdirilməsi ilə bağlıdır.
Bu müddətdə Ermənistandakı istehlakçılarına "mavi yanacaq" qaz anbarlarından veriləcək.