Rusiya qazın qiymətini endirmək qərarına gəldi
05 İyun 2013 Çərşənbə 07:54
"Qazprom" nümayəndələrinin Türkiyəyə danışıqlara gələcəyi gözlənilir.
“Qazprom” Avropaya ixrac etdiyi təbii qazın qiymətini 370-380 dollara qədər aşağı sala bilər. Şirkətin İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev bəyan edib ki, qazın qiymətində 7-10 faiz endirim ola bilər. Ekspertlər hesab edir ki, endirim Türkiyə də aid olacaq. Hazırda Türkiyə təbii qazı “Qazprom”dan 425-430 dollara alır.
"Qazprom" nümayəndə heyətinin yaxınlarda Türkiyəyə danışıqlara gələcəyi gözlənilir.
Xatırladaq ki, Türkiyə həmçinin İran və Azərbaycandan təbii qaz alır. Türkiyə ən bahalı təbii qazı İrandan idxal edir. İrandan alınan təbii qazının min kubmetrinə Türkiyə 507 dollar, Azərbaycan qazına isə 349 dollar ödəyir.
DOSTLARINLA PAYLAŞ: