Rusiya prezidenti Türkiyəyə rəsmi səfər edəcək
12 Mart 2010 Cümə 18:00
Mayın 11-13-də Rusiya prezidenti Dmitri Medvedev Türkiyədə rəsmi səfərdə olacaq.
APA-nın “Today Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Ankarada Türkiyə rəhbərliyi ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, xüsusən enerji sahəsində əməkdaşlıq, qarşılıqlı ticarət həcminin 100 milyard dollara çatdırılması, viza rejiminin ləğvi məsələləri müzakirə ediləcək. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də toxunacaq. APA
DOSTLARINLA PAYLAŞ: