Rusiya prezidenti Ermənistana səfər edəcək
11 Avqust 2010 Çərşənbə 15:50
Rusiya prezidenti avqustun 19-da Ermənistana səfər edəcək. APA-nın “Novosti Armenii” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Ermənistandakı səfirliyindəki mənbə bildirib.
Mənbə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qeyri-formal sammitinin Ermənistanda müəyyən olunmuş vaxtda keçiriləcəyini də deyib. Sammit avqustun 20-22-də baş tutacaq.
KTMT üzvü olan ölkələrin başçıları Sevan gölünü də ziyarət edəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: