Rusiya parlamenti Ermənistandakı hərbi bazanın ömrünü uzadır
17 İyun 2011 Cümə 02:35
Dövlət Duması müqavilənin 2039-cu ilədək uzadılması məsələsini müzakirə edəcək.
Rusiya Dövlət Duması Gümrüdəki (Ermənistan) hərbi baza ilə bağlı 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişiklik edilməsi ilə bağlı protokolu müzakirə edəcək. Dəyişikliklər sənədin müddətinin uzadılmasını nəzərdə tutur.

Protokol 2010-cu ilin avqustunda İrəvana imzalanıb. Müqavilənin müddəti 25 il üçün balanmışdı. Prtokol isə bu müddəti 49 ilədək (1995-ci ildən başlamaqla) uzadılması ilə bağlıdır.

Ermənistanın şimalında yerləşən Gümrüdə 1995-ci ildə Ruksiyanın 102-ci hərbi bazası yerləşdirilib. Baza MDB hav ahücumundan müdafiə sistemi çərçivəsində döyüş növbəsi çəkir. Baza Rusiya Şimali Qafqaz hərbi dairəsinin Zaqavqaziyadakı qoşunları qrupuna tabedir. Bazada S-300 zenit raket kompleksi və Miq-29 qırıcıları var. Şəxsi heyətin sayı təxminən 5000 nəfərdən ibarətdir.

Müqavilənin müddətindəki dəyişikliklərdən sonra tərəflərdən hər hansı biri müddətin bitməsinə altı ay qalanadək qarşı tərəfi imtina barədə məlumatlandırmasa, sənədin müddəti avtomatik olaraq beş il uzadılacaq.

Rusiyanın hərbi bazası Gümrüdə olduğu müddətdə Moskvanın maraqlarını qorumaqla bərabər, Ermənistan ordusu ilə birgə bu ölkənin təhlükəsizliyini də təmin edib. Sənədə görə, Rusiya tərəfi Ermənistanı müasir silah və hərbi (xüsusi) texnika ilə təmin etmək öhdəliyi götürüb.

Qeyd edək ki, Ermənistan Gümrü bazasına görə Rusiyadan nəinki icarə haqqı almır, hətta digər bütün əlavə xərcləri də öz dövlət büdcəsindən ödəyir. Burada söhbət, Rusiya hərbi bazasının Ermənistan ərazisində yalnız dislokasiya faktından getmir. Regional problemləri və qarşılıqlı münasibətləri nəzərə alsaq, bu bazanın Ermənistan ərazisində mövcudluğu məntiqə uyğundur. Amma həmin baza ilk növbədə Rusiyanın maraqlarını müdafiə edir. 1995-ci ildə Rusiya bazasının Ermənistanda dislokasiya məsələsi gündəmə gələndə xərclərin miqdarı tərəflər arasında bərabər paylanmışdı, yəni 50-nin 50-yə idi. Həmin dövrün siyasi şəraiti baxımından bəlkə də bu, məntiqi idi. Lakin 2000-ci ildə maraqlı və anlaşılmaz vəziyyət alındı. Razılaşmalara müəyyən dəyişikliklər edildi və Ermənistan bütün xərcləri öz üzərinə götürdü. Bu, məşhur “Borc əvəzinə əmlak” proqramı çərçivəsində bir neçə strateji və vacib obyektlərin Ermənistan tərəfindən Rusiyaya bağışlandığı bir vaxtda baş vermişdi.

Politoloq Stepan Qriqoryanın sözlərinə görə, burada əsas rolu o vaxtkı Ermənistan rəhbərliyinin hakimiyyəti möhkəmləndirmək cəhdi oynayırdı: “Ermənistanda Rusiya təsirinin güclənməsi əsasən bu faktordan asılı idi. Bu ağlasığmaz şərtləri başqa məntiqlə əsaslandırmaq qeyri-mümkündür. Onu da xatırlayaq ki, o vaxt Rusiyanın Azərbaycan və Gürcüstanla münasibətləri çox mürəkkəb idi. Bu bazanın rolu Rusiya üçün də çox əhəmiyyətli idi və həmin dövrdə Rusiya Ermənistanın bütün şərtlərinə razılıq verə bilərdi. Çox maraqlıdır ki, bu zaman yalnız Ermənistan güzəştə getdi. Lakin burada təhlükəli bir məqam var. Müxtəlif siyasətçilər nə qədər əks fikirlər söyləsələr də, mən inanıram ki, əgər Rusiya öz hərbi bazasını təmin etmək üçün xərcləri öz üzərinə götürmək istəmirsə, deməli, sabah lazım gələndə onlar bizi müdafiə etməyəcəklər”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar