Rusiya ölənlərin sayı 150-yə çatdı
08 İyul 2012 Bazar 02:54
İnsanları xilas edərkən yüksək rütbəli polis zabiti də həlak olub.
Rusiyanın Krasnodar diyarında daşqınlar nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb. ANS PRESS xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyi açıqlayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində təkcə Krım rayonunda 123 nəfər ölüb. Onlardan 113-ünün şəxsiyyəti müəyyən edilib.

DİN-dən bildirilib ki, polis talanların qarşısını almaq üçün əlavə tədbirlər görür. İndiyədək bazardan malları oğurlamaq istəyən iki nəfər saxlanılıb. Daxili işlər orqanlarının işini əlaqələndirmək üçün Kubada Rusiyanın daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy səfər edib.

Rusiya DİN artıq itki də verib. Krımskda insanları xilas edərkən polis podpolkovniki Vyaçeslav Qorbunov həlak olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar