Rusiya NATO-ya qarşı hərbi ittifaq quracaq
29 May 2009 Cümə 20:30
Moskva bu məqsədlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gücündən istifadə edəcək

 

Rusiya NATO-ya qarşı alternativ hərbi birlik qurmaq niyyətindədir. ANS PRESS-in Rusiyanın “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, Rusiya NATO-ya qarşı quracağı hərbi ittifaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin gücündən istifadə edəcək.

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Belarus, Ermənistan və Rusiyadan ibarət KTMT üzvləri iyunun 14-də Moskvada görüşərək ortaq bəyannamə imzalayacaq.

Qeyd edək ki, Rusiyanın prezidenti Dmitri Medvedevin keçən həftə imzaladığı “Strateji Təhlükəsizlik - 2020” adlı sənəddə NATO-nun genişlənməsinin təhlükəli olduğu bildirilir və ən azı NATO kimi güclü hərbi birliyin qurulması üçün səylərin sürətləndirilməsinin vacibliyi vurğulanır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar