Rusiya NATO-nu razı sala bilməyib
03 İyul 2011 Bazar 18:39
Tərəflər raket əleyhinə müdafiə sahəsində ortaq məxrəcə gələ bilmir.
Rusiyanın raket əleyhinə müdafiə (RƏM) sahəsinə dair etdiyi təkliflər NATO-nu qane etmir. Rusiya və NATO-nun RƏM sahəsindəki əməkdaşlıqdan əldə etdikləri hərbi və siyasi nəticələr olduqca əhəmiyyətli ola bilər, amma sürətli nəticələri gözləməyə dəyməz. Bu açıqlamala ilə iyulun 4-də Soçi şəhərində keçiriləcək Rusiya-NATO Şurasının toplantısından öncə təşkil edilmiş brifinqdə alyansın baş katibi Andres Foq Rasmussen çıxış edib.
“Birgə əməkdaşlıq üçün potensial böyükdür. Hərbi nöqteyi-nəzərdən genişlənmiş əməkdaşlıq və transtərəfdaşlıq əlaqələrinin nəticələrini mühüm qiymətləndirmək olar. Amma siyasi nöqteyi-nəzərdən RƏM üzrə razılaşmaya yanaşma isə bizim bir-birimizi necə görməyimiz və bir-birimizlə neçə işləməyimizi köklü şəkildə dəyişdirə bilərdi. Bu, olduqca həssas problemidir, ona görə tez bir nəticənin əldə olunmasını gözləməyə dəyməz”,- deyə NATO baş katibi əlavə edib. anspress
DOSTLARINLA PAYLAŞ: