Rusiya müsəlmanları birləşir
08 Dekabr 2009 Çərşənbə Axşamı 19:35
Rusiya müsəlmanları birləşir. Qonşu ölkədə fəaliyyət göstərən müsəlman təşkilatları vahid qurum yaradacaq.
Rusiyada fəaliyyət göstərən bəzi müsəlman təşkilatları bir qurum altında birləşmək qərarına gəlib. Məlumata görə, yeni təşkilatın adı "Rusiya Baş Müftiliyi" olacaq.
Rusiyanın tərkibində olan Başqırdıstan Respublikasının paytaxtı Ufada Rusiya Müftilər Şurası, Qərbi Rusiya Müftiliyi, Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin təmsilçiləri bununla bağlı birgə toplantı keçirib.
Qeyd edək ki, yığıncağa hər qurumdan iki nümayəndə yeni təşkilatda təmsilçi kimi yer alacaq. Təşkilatın ilk iclası dekabrın 10-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: