Rusiya müftisindən Kremlə qarşı ağır ittihamlar
18 Dekabr 2010 Şənbə 01:05
“Moskvada müsəlmanlar bayram namazlarını küçədə, tramvay yollarında, hətta, kilsələrin həyətində qılmalı olurlar”
Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin Rusiyaha hakimiyyətini müsəlmanların birləşməsinin qarşısını almaqda və Rusiyada İslamı boğmaqda günahlandırıb. O, “Azadlıq” radiosunun tatar redaksiyasının efirindən bəyan edib ki, Rusiyanın köklü əhalisi həmişə sərxoşluq edir. O, içki qəbul etməyən və əməksevər miqrantları da misal gətirib.

“Bu gün Rusiyaya sülh həmişəkindən çox lazımdır. Uca Yaradanın hamımızı topladığı qayığı yellətmək lazım deyil”-deyən müfti bəyan edib ki, rusiyadakı müsəlman təşkilatları birləşməyə cəhd etsə də, bu, dövlətin xoşuna gəlməyib: “Qrişin kimi (Rusiya prezidentinin dövlət orqanları və İslam təşkilatları arasındakı əlaqələrə cavabdeh olan köməkçisi Aleksey Qrişin) marionetlər Rusiyada İslamı boğmağa çalışırlar. Onlar başa düşürlər ki, hazırda İslam Rksiyada böyük faktordur. Bu səbəbdən də İslamın inkişafının qarşısını almaq istəyirlər”.

Moskvadakı vəziyyət və son günlərdə baş verən hadisələri şərh edən Ravil Qaynutdin biodirib ki, Rusiya paytaxtında iki milyondan çox müsəlman böyük təzyiq altındadır: “Müsəlmanlar məscid çatışmazlığı üzündən bayram namazlarını küçədə, tramvay yollarında, hətta, kilsələrin həyətində qılmalı olurlar. Beləliklə, müsəlmanların təhqir edilməsi, insan hüquqlarının pozulması siyasəti davam edir”. Onun fikrincə. Moskvadakı son toqquşmalar İslama olan mənfi münasibətin təzahürüdür.

Ravil Qaynutdin Rusiyanın köklü əhalisini sərxoş həyat tərzi keçirməkdə ittiham edib, əksinə, miqrantların mənəvi cəhətdən daha nümunəvi olduqlarını bildirib: “Onlar içki içmirlər, intizamlı, əməksevərdimrlər. Maaş alan kimi onu ailələrini dolandırmaq üçün evə göndərirlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar