Rusiya miqrantlarsız yaşaya bilməz
20 Noyabr 2011 Bazar 18:07
Dmitri Medvedev: "Ölkəmizə cəlb edilən əmək qüvvəsindən imtina edə bilmərik".
Rusiya əmək miqrantlarının axınına maneə törətmək niyyətində deyil. Bununla belə onları ölkədə mövcud adət-ənənələrə riayət etməyə çağırır. RİA Novosti agentliyinin məlumatına görə, belə bir bəyanatla Rusiya prezidenti Dmitri Medvedev çıxış edib. Miqrantların Rusiyada çox mühüm əmək funksiyasını yerinə yetirdiyini deyən prezident qeyd edib ki, ölkəyə işləməyə gələn insanlar Rusiya dövlətinin iqtisadi vəzifələrini yerinə yetirməyə kömək edir.
“Lakin onlar onlar bizim dünyavi dövlətimizin qanunlarına əməl etməlidir. Miqrantlar çox mühüm əmək funksiyasını yerinə yetirir. Bunun əksini sübut etməyə çalışan adamlar yalan danışır. Bir daha qeyd etməliym ki, biz cəlb edilən əmək qüvvəsindən imtina edə bilmərik. Eyni zamanda ölkəmizə işləməyə gələnlər adət-ənənələrimizi bölüşməli, rus dilini bilməli, Rusiya qanunlarına hörmət etməlidir”, - deyə Medvedev vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: