Rusiya miqrantlarla bağlı qərar verdi
05 Avqust 2014 Çərşənbə Axşamı 10:45
Rusiya vətəndaşı olmaq istəyən əcnəbilərə xüsusi viza veriləcək.
Rusiya hökuməti rus dili imtahanından keçən əcnəbilərə xüsusi viza verəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.
Xəbərə görə, əcnəbilərə təqdim ediləcək vizanın müddəti bir illik olacaq. Bu viza həm də Rusiya vətəndaşı olmağı asanlaşdıracaq. Belə ki, rus dili imtahanından keçən və xüsusi viza alan əcnəbi vətəndaş Rusiya vətəndaşı olmaq üçün xüsusi komissiyanın iştirakı ilə rus dili üzrə müsahibədən keçməli olacaq.
Bundan sonra əcnəbi öz ölkəsinin vətəndaşlağından imtina etməli və həmişəlik Rusiyaya yerləşməlidir. Rusiyaya gələndən sonra iki il müddətinə vətəndaşlıq almaq üçün müvafiq orqanlara müraciət etməzsə, həmin şəxsin ölkədən çıxarılacağı bildirilir.
DOSTLARINLA PAYLAŞ: