Rusiya məhkəməsindən görünməyən qərar
30 Sentyabr 2013 Bazar Ertəsi 01:29
Arktik bölgəsində neft platformasına çıxmağa çalışan "Greenpeace" aksiyaçıları 2 aylıq həbs cəzasına məhkum olunublar.
Rusiya məhkəməsi Arktik bölgəsində neft platformasına çıxmağa çalışan "Greenpeace" aksiyaçıları barədə həbs qərarı verib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Murmansk şəhərində keçirilən məhkəmə prosesində 8 nəfər aksiyaçı barədə 2 aylıq həbs qərarı çıxarılıb. Aksiyaçılar ən azı noyabrın 24-nə qədər həbsdə saxlanılacaq və onlar barəsində istintaq araşdırması davam edəcək.

Cümə axşamı günü keçirilən birinci məhkəmə prosesində də milliyyətcə türk olan aksiyaçı Sırr Akhan, iki nəfər jurnalist və daha 22 nəfər barəsində 2 ay həbs qərarı çıxarılıb. Həbs olunanlardan 4 nəfəri Rusiya vətəndaşıdır.

Qeyd edək ki, sentyabrın 18-də 2 nəfər, bir gün sonra isə 30 nəfər Qazproma aid platformaya daxil olmağa cəhd etdikləri üçün Rusiya polisi tərəfindən saxlanılaraq, istintaq orqanlarına təhvil verilmişdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar