Rusiya Liviyada baş verənləri kosmosdan izləyir
02 Mart 2011 Çərşənbə 20:46
Mətbuatın yazdığı ilə kosmik fəzadan görünənlər üst-üstə düşmür.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı kosmik vasitələrlə gecə-gündüz Liviyada baş verənləri izləyir. İlk öncə paytaxt Tripoli, daha sonra isə Liviyanın Benqazi və digər iri rayonlarının monitorinqi aparılır. Qərargahdan "İntefax” a verilən məlumata görə, hərbi əməliyyatların gedişi kosmosdan kütləvi informasiya vasitələrinin xəbər verdiyi kimi deyil. Qərargahdan verilən məlumata görə, rusiyalı hərbçilər Benqazinin dinc əhalisinə qarşı havadan hər hansı atəş açılmasını qeydə almayıb.
Amma bu məlumatlara baxmayaraq, Kremldən Liviya lideri Müəmmar Qəddafinin ünvanına sərt bəyanatlar səslənib. Rusiya Qəddafinin siyasi arenadan getməsini istəyir: “İndi Qəddafi hətta vəziyyətin kökünə qədər getməyə nail olsa belə, biz onu canlı siyasi meyit hesab edir və onun müasir dünyada yerinin olmadığı mövqedən çıxış edirik. Öz xalqına qarşı hərbi güc tətbiq etmək qəbuledilməzdir”.
Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev əvvəlcədən də Liviya hakimiyyətinin hərəkətlərini mənfi amil kimi qəbul edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: