Krımlıların pensiyaları Ukraynadakı pensiyaçıların aldıqlarından az olacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın Sosial Siyasət naziri Lyudmila Denisova bəyan edib. Rusiya banklarının pensiya vədlərinin yalan olduğunu söyləyən ukraynalı nazir, Krımın Pensiya Fondu kütləvi şəkildə pensiyaları Rusiya qanunları ilə hesablamağa başlayıb. 556 mindən 6 min hesablanıb. Bu hesabdan sonra rusiyalı maliyyəçilər şoka düşüblər, çünki onların hesabı ilə pensiyaların miqdarı Ukrayna maliyyəçilərin verdiyi təzminatdan az çıxır.
Lyudmila Denisova
Ukrayna rəsmisi, nazir Lyudmila Denisova Krımda ödənişlərin 25% -nin artmasını da təhlükəli adlandırıb.
O qeyd edib ki, rusiyalı maliyyəçilər bir ödənişləri artırmaqla, pensiyaçıların pullarını ilkin səviyyəyə çatdırmağa çalışırlar. Birindən götürüb, o birinin başına qoyurlar.
Rus terroristləri tərəfindən işğal olunmuş Krımda martın 16-dan mayın 31-nə qədər olan göstəricilərdə rublun qrivnaya nisbəti 3 faiz azalıb. Baxmayaraq ki, bu il mart ayının axırında Vladimir Putin Krımda büdcə təşkilatlarının pensiya və aylıq əmək haqlarının 2 dəfə artacağını bəyan etmişdi.