Rusiya Kosovanı tanımaq niyyətində deyil
30 Mart 2014 Bazar 22:24
Aleksandr Çepurin: Rusiya BMT Təhlükəszilik Şurasında Kosova ilə bağlı mövqeyini dəyişmək fikrində deyil.
Rusiya Krım ətrafında yaranmış vəziyyətə görə, Kosovanın müstəqilliyi ilə bağlı mövqeyini dəyişməyəcək. ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın Serbiyadakı səfiri Aleksandr Çepurin bəyan edib.

“Bəzi siyasətçilər Kosovada hansısa referendumun keçirilməsini dəstəkləyir. Həmin siyasətçilərin fikrincə, “qaniçən serbiyalılar” tərəfindən “kosovalı albanlar”ın müstəqillikləri əllərindən alınıb. Bu fikirləri heç olmazsa, 1999-cu ildə bombardman nəticəsində həyatlarını itirmiş günahsız minlərlə serbiyalıların ailə üzvlərindən üzr istəyəndən sonra səsləndirsinlər. Rusiya BMT Təhlükəszilik Şurasında Kosova ilə bağlı mövqeyini dəyişmək fikrində deyil. Kosova qanunsuz olaraq Serbiyadan ayrılıb. Kosova Serbiya deməkdir”,- deyə səfir bildirib.

Aleksandr Çepurin Krımda bir dənə də olsun güllə atılmadan Rusiyanın tərkibinə qatılması ilə bağlı söylənən fikirlərə də münasibət bildirib.

“Axı, Rusiya dəhşətli nə edib? Məgər, Rusiya vəhşicəsinə Yuqoslaviyanı bombalayıb? Yoxsa serbiyalıları qırmaq üçün muzdlu qatillər tutub? Bəlkə Rusiya Serbiyada 3 mindən çox dinc serbiyalını qətlə yetirib?”, deyə diplomat qeyd edib.

Xatırladaq ki, ABŞ və Avropa Birliyinin dəstəyi ilə Kosova 2008-ci ildə Serbiyadan ayırlaraq müstəqilliyini elan edib. Rusiya və Serbiya isə Kosovanın müstəqilliyini tanımır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar